İtaliya millisinin müdafiəçisi "Arsenal"da

"Arsenal" uzun zamandır tamamlamağa çalışdığı transferi yekunlaşdırıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Bolonya"dan Rikardo Kalafiorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London klubu italyan mərkəz müdafiəçi üçün onun klubuna 45 milyon avro təzminat ödəyib. "Arsenal" 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Atalanta" Rikardo Kalafiorini 2023-cü ilin yayında "Bazel"dən transfer edib. İtaliya millisinin üzvü komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right