"Tottenhem" koreyalı futbolçu transfer etdi

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, London təmsilçisi Cənubi Koreyanın "Qanqvon" klubundan Yanq Min-hyuku transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London təmsilçisi 18 yaşlı vingerlə 20230-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Gənc oyunçu gələn ilin yanvar ayında "Tottenhem"ə qoşulacaq.

Qeyd edək ki, Yanq Min-hyuk bu ilin yanvar ayından "Qanqvun"un əsas komandasında çıxış edir. Cənubi Koreya U-17 millisinin üzvü hazırda davam edən mövsümdə meydana çıxdığı 25 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right