David De Xea İtaliya klubuna keçir

Bir ildir klubsuz olan David De Xea yenidən yaşıl meydanlara qayıda bilər.

Newsport.az xəbər verir ki, ispan qapıçının karyerasını İtaliyada davam etdirəcəyi gözlənilir. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

"Cenoa" 33 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Artıq bununla bağlı təcrübəli "əlcək sahibi" ilə danışıqlar baş tutub. İspaniya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin təklifinə isti yanaşır.

Qeyd edək ki, David De Xea ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right