Milli komandanın 6 xalı silindi, məşqçilər 1 illik futboldan uzaqlaşdırıldı

FIFA Paris-2024-də iştirak edən Kanadanın qadın futbol komandasına ağır cəza verib.

Newsport.az xəbər verir ki, yığmanın qrup mərhələsində 6 xalı silinib. Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Ağır cəzanın verilməsinin səbəbi Kanada seçməsinin məşqçiləridir. Belə ki, onlar qrupda rəqibləri olan Yeni Zelandiya millisinin məqşini dron vasitəsilə çəkiblər. Bu isə qaydalara ziddir.

Millinin xalının silinməsi ilə yanaşı Kanada Futbol Federasiyası 200 min İsveçrə frankı məbləğində cərimə olunub. Bundan başqa 3 məşqçiyə 1 illik futboldan uzaqlaşdırma cəzası verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right