Coşqun Diniyev Türkiyə klubu ilə müqavilə imzaladı

"Ümraniyespor"dan ayrılan Coşqun Diniyevin yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"a keçib.

Təcrübəli futbolçu I Liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm "Ümraniyespor"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right