"Real" Argentinadan 16 yaşlı futbolçu transfer edir

“Real” “River Pleyt”in 16 yaşlı yarımmüdafiəçisi Franko Mastantuononu transfer etməyə yaxındır.

Newsport.az xəbər verir ki, “River Pleyt”in prezidenti və vitse-prezidenti futbolçunun transferi ilə bağlı danışıqlar prosesini başa çatdırmaq üçün İspaniyaya gedib. 

Madrid təmsilçisi artıq Mastantuono ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Argentinalı oyunçu 2019-cu ildən "River Pleyt"in akademiyasındadır. O, bu ilin əvvəlindən əsas komandada çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right