"Çelsi"nin müdafiəçisi Fransa klubuna keçdi Rəsmi

"Çelsi"nin müdafiəçisi Malanq Sarr karyerasını Fransada davam etdirəcək.

Newsport.az xəbər verir ki, 25 yaşlı futbolçu "Lans"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi fransalı mərkəz müdafiəçisi ilə 2026-cı ilin iyul ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Malanq Sarrı 2020-ci ilin yayında "Nitsa"dan transfer etmişdi. Fransa U-21 millisinin sabiq üzvü ötən mövsüm London təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right