Toğrun Eratın komandası Almaniya kuboku ilə vidalaşdı

Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrun Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.

İlk mərhələdə "Rot Vays Essen"i penaltilərlə (0:0, penaltilər 3:1) keçən düsseldorflular bu dəfə də səfərdə "Nürnberq"lə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:5 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu üzdən də Düsseldorf klubu kubokda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Toğrul Eratın adı matçın iştirak ərizəsinə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right