Emil Balayevsiz Ayntraxtı kubokdan kənarlaşdırdılar

Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

İlk mərhələdə "Bremer"i 3:0 hesabıyla keçən frankfurtlular bu dəfə də səfərdə "Ersgebirge" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu üzdən də Frankfurt klubu kubokda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Balayev hazırda zədəli olduğundan komandasının oyunlarında iştirak etmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right