"Fənərbaxça" yeni transferi ilə müqavilə imzaladı

"Fənərbaxça" yeni transferi  Yusef En-Nesiri ilə müqavilə imzalayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə müqavilənin müddəti 2029-cu ilin iyununa kimidir. İstanbul təmsilçisi mərakeşli futboloçu üçün "Sevilya"ya 19 milyon 500 min avro təzminat ödəyəcək. Bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.

Qeyd edək ki, En-Nesiri 2020-ci ildən "Sevilya"da oynayırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right