"Makkabi"nin baş məşqçisi: “Sabah” daha da güclənib"

"Hər halda, bu bizim ev oyunumuzdur. Bu, reallıqdır və biz bəhanə axtarmırıq. Tribunalarda maksimum dəstək verəcək azarkeşləri görməyi gözləyirik. Ötən mövsümü Azərbaycan çempionatında ən yüksək yerlərdən birində başa vuran komandaya qarşı çətin oyun olacaq. Üstəlik, “Sabah” daha da güclənib". 

Newsport.az xəbər verir ki, bu sözləri İsrail "Makkabi"sinin (Hayfa) baş məşqçisi Barak Bahar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Sabah"a qarşı oyun öcəsi deyib.

"Gözləntilərimi aşağı salmıram, amma çətin matç olacaq. Komandanın bir araya gəlməyə başladığını hiss edirəm. Nəticənin də eyni dərəcədə vacib olduğunu bilirik. Biz maksimum hazır olmalıyıq" - deyə o bildirib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right