"Qəbələ"ilə oyunda het-trik edən futbolçu Premyer Liqada?

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, qabonlu futbolçu "Liverpul"un maraq dairəsinə düşüb.

 Son zamanlar uğurlu çıxışı ilə fərqlənən 26 yaşlı futbolçu "Liverpul"un yeni baş məşqçisi Yurgen Kloppun da diqqətini cəlb edib. 

Almaniyalı mütəxəssis yenidən sabiq futbolçusu ilə birgə çalışmaq istəyir. Artıq ingilis klubu Dortmund təmsilçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki,"Qəbələ" ilə Bakıda keçrilən oyunda Obameyanq het-trik etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right