Edersona ərəblərdən təklif

“Mançester Siti”nin qapıçısı Ederson Moraes Səudiyyə Ərəbistanı klubundan təklif alıb. Newsport.az xəbər verir ki, “Əl-İttihad” braziliyalı qolkiperin xidmətində maraqlıdı.

Ərəblər “sambaçı”ya 1 ilə 25 milyon avro maaş verməyə hazırdılar. Ederson razılıq versə, onunla 3 illik müqavilə imzalanacaq. 30 yaşlı qapıçının bu keçidə müsbət yanaşdığı qeyd olunur.

Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, “şəhərlilər”in heyətində 332 oyunda 257 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right