ÇL-də 2-ci mərhələnin ilk oyunları yekunlaşır

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Newsport.az xəbər verir ki, 2-ci oyuun günündə 3 matç keçiriləcək. PAOK "Boraya Banya-Luka"nı,  "Ludoqorets"  "Dinamo"nu,  "Tsele" isə "Slovan"ı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" bu mərhələdə "Linkoln" səddini adlayacağı təqdirdə 3-cü mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi "Linkoln"a uduzarsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində eyni cütün məğlubu ilə üz-üzə gələcək. 

"Qarabağ" ötən gün ilk oyunda "Linkoln"a 2:0 hesabı ilə qalib gəlib.

24 iyul, çərşənbə

21:30. PAOK (Yunanıstan) - "Boraya Banya-Luka" (Bosniya və Herseqovina)

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus)

22:15. "Tsele" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya)

23 iyul, çərşənbə axşamı

19:00. "Bude Qlimt" (Norveç) - RFS (Latviya) - 4:0

19:30. "Panevejis" (Litva) - "Yaqelloniya" (Polşa) - 0:4

20:00. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) - 0:2

21:00. APOEL (Kipr) - "Petrokub" (Moldova) - 1:0

21:00. "Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları) - 4:1

21:30. FKSB (Rumıniya) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:1

22:00. "Ferensvaroş" (Macarıstan) - THS (Uels)  - 5:0

22:00. "Santa-Koloma" (Andorra) - "Mitülland" (Danimarka) - 0:3

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) - 6:2

22:30. "Luqano" (İsveçrə) - "Fənərbaxça" (Türkiyə) - 3:4

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya) - 0:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right