"Mançester Yunayted" braziliyalıya 200 milyon avro maaş ödəməyə hazırdı

“Real” və Braziliya millisinin üzvü Vinisius Junior “Mançester Yunayted”ə keçməyə hazırlaşır.

Newsport.az “Defensa Central”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı üçün 230 milyon avro ödəməyə hazırdır.

Premyer Liqa təmsilçisi Vinisiusa 5 illik müqavilə təklif edəcək. Vinisius özü isə illik 200 milyon avro maaş qazana bilər. Lakin yarımmüdafiəçi özü hələ ki, komandanı tərk etmək haqda düşünmür.

Vinisius “Real”da ötən mövsüm 39 oyunda 24 qol vurub, 11 asist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right