Emreli "Nürnberq"lə anlaşmaq ərəfəsində amma Mahirin şərti var

Azərbaycan milli komandasının vingeri Mahir Emrelinin "Nürnberq"ə keçidi an məsələsidir. O, Almaniya ikinci Bundesliqasınının təmsilçisi ilə böyük ehtimalla 1+1 illik müqavilə imzalayacaq.

Newsport.az saytına verilən məlumata görə, Emrelinin Almaniya klubu ilə şərti var. Belə ki, onun 1+1 illik şərtilə müqavilə imzalamağa razılaşmasına səbəb odur ki, “Nürnberq” 2024/2025 mövsümünün sonunda birinci Bundesliqaya vəsiqə qazana bilməsə, oradan azad agent statusu ilə ayrılacaq.

Qeyd edək ki, “Nürnberq” ötən mövsüm ikinci Bundesliqada 12-ci pilləni tutub.

Hazırda komandanın çalışdırıcısı Miroslav Kloze Emrelinin  kollektivə cəlb olunmasını şəxsən istəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right