"Arsenal" millinin sabiq üzvünü komandada saxlamağı planlaşdırır

Emil Smit Rouya "Arsenal"da qalmaq üçün daha bir şans verilib. 

Newsport.az "The Mirror"a istinadən xəbər verir ki, "topçular"ın çalışdırıcısı Mikel Arteta ingilis futbolçunun komandada qalmasına razı olub.

O, komandanın ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək.

23 yaşlı futbolçunun "Arsenal"da qalıb-qalmayacağına məhz toplanışdan sonra qərar veriləcək.

Emil Smit Rou son mövsümdə London klubunda 19 matça çıxıb, 2 məhsuldar ötürmə edib.

"Arsenal"ın yetirməsi "Leyptsiq" və "Haddersfild" klublarında icarə əsasında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right