Tanınmış futbolçu İtaliya klubu ilə anlaşdı

İspaniya millisinin sabiq üzvü Alberto Moreno yenidən legioner həyatı yaşayacaq.

Newsport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Komo”ya keçib.

O, uzun illərdən sonra A seriyasına qayıdan klubla 1 illik müqavilə imzalayıb.

Morenonu İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas şəxsən komandasına dəvət edib.

Müdafiəçi əvvəllər “Liverpul”, “Sevilya” klublarında oynayıb. Onun sonuncu komandası “Vilyarreal” idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right