Bolqarıstanda ölkə çempionatının yeni mövsümünə start verilib.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə “Lokomotiv”lə (Plovdiv) qarşılaşıb.
Hüseynovun komandası minimal hesabla (0:1) məğlub olub.
İlk dəqiqələrdən meydana çıxan Hüseynov 82-ci dəqiqədə əvəzlənib.