"Fənərbaxça" "Qalatasaray"dan daha yaxşı şərtlər təklif etdi Razılıq əldə olundu

"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Fiorentina"da çıxış edən Sofian Amrabatı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Fənərbaxça" "Qalatasaray"ın da transfer etmək istədiyi mərakeşli futbolçu üçün əzəli rəqibindən daha yaxşı şərtlər təklif edib. Orta xətt oyunçusu "sarı-lacivərtlilər"də oynamağa isti yanaşır.

"Fənərbaxça" oyunçu üçün "Fiorentina"ya 12 milyon avroluq təklif göndərib. Klublar anlaşsa, keçid qısa müddətdə tamamlanacaq.

Qeyd edək ki, Sofian Amrabat ötən mövsüm icarə əsasında "Mançester Yunayted"də çıxış edib. 27 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın heyətində 30 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right