İtaliya klubu "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Verona" türk vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuat məlumat yayıb.

İtaliya klubu Yunus üçün "sarı-qırmızılar"la danışıqlara başlayıb. 24 yaşlı ön xətt oyunçusu"Verona"da oynamağa isti yanaşır.

Qeyd edək ki, Yunus Akgün ötən mövsüm icarə əsasında"Lester Siti"nin formasını geyinib. Türkiyə millisinin üzvü"tülkülər"in heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Qalatasaray"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right