İtaliya millisinin üzvü paytaxt klubunda oynayacaq Foto

İtaliyanın “Latsio” klubu heyətinə yeni futbolçu qatıb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi "Fiorentina"dan azad agent kimi ayrılan Qaetano Kastrovilli ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, “qartallar”la bir mövsümlük müqavilə imzalayıb. Kastrovilli “Bari”, “Kremoneze”  klublarının yetirməsidir. Ötən mövsüm yarımmüdafiəçi A Seriyasında 6 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 7 milyon avro olaraq qiymətləndirilir. 2017-2024-cü illərdə “Fiorentina”da oynamış Kastrovilli 111 matça çıxıb 12 qol vurmuşdu.

27 yaşlı futbolçu 2019-cu ildə İtaliya millisində debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right