Niderland millisinin üzvü "İnter"də qalacaq

Niderland millisinin müdafiəçisi Denzel Dumfris "İnter"də qalacaq.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, niderlandlı müdafiəçiyə yeni müqavilə təklif olunub.

28 yaşlı futbolçu 2028-ci il iyunun 30-na qədər "İnter"də qalmağa razılıq verib.

"Nerazzura" Denzelə illik 4 milyon avro maaş ödəyəcək.

Futbolçunun Milan təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir.

Dumfris ötən mövsüm 36 oyunda meydana çıxıb, 4 qol vurub və 6 asist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right