"Real" millinin müdafiəçisinin keçidini həll etdi

"Real" heyətini gücləndirməyə davam edir.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" Kilian Mbappedən sonra İngiltərə millisinin üzvünün də keçidini həll etməyə çalışır.

Söhbət "Liverpul"un futbolçusu Trent Aleksander-Arnolddan gedir.

Amma ingilis futbolçu bu yay yox, gələn yay "Real"ın düşərgəsinə qoşulacaq.

İspaniya nəhəngi 25 yaşlı futbolçunu azad agent kimi heyətinə qatacaq.

Arnold 2016-cı ilin iyul ayından “Liverpul”da çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right