Messini üzr istəməyə çağıran nazir müavini işdən çıxarıldı

Argentina prezidenti Xavyer Miley ölkənin idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib.

Newsport.az xəbər verir ki, buna onun millinin kapitanı Lionel Messini Fransaya yönəlmiş irqçi şüarlara görə üzr istəməyə çağırması səbəb olub.

“Heç bir hökumət Argentina milli komandası, dünya çempionu və ikiqat Amerika çempionu və ya hər hansı digər vətəndaş üçün nə edəcəyini diktə edə bilməz. Bu səbəbdən Xulio Qarro Argentinanın idman nazirinin müavini vəzifəsindən azad edilir” – deyə Prezident Departamentinin X sosial şəbəkəsində  rəsmi bəyanatda deyilir.

Qeyd edək ki, Argentina milli komandasının oyunçuları tərəfindən Kolumbiya ilə 2024-cü ildə Amerika Kubokunun finalında qazandıqları qələbədən (1:0) sonra irqçi fikirlər səsləndirilib. Kuboku qazanmasını qeyd edən argentinalı futbolçu Enzo Fernandez sosial şəbəkədə canlı yayıma başlayıb. O və komanda yoldaşları oxuyublar: “Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right