"Yuventus"da yeni müqavilə

“Yuventus” futbolçusu Fabio Miretti ilə yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

 

20 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Fabio Miretti “Yuventus”un yetirməsidir. O, 2021/2022 mövsümündə əsas komandada debüt edib. Ötən mövsüm Miretti “Yuventus”un heyətində bütün yarışlarda 28 oyun keçirib, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right