UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az xəbər verir ki, Macarıstan təmsilçisi Türkiyənin "Göztəpə" klubu ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Sumqayıt"ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda keçiriləcək.