"Sabah"la matçdan öncə "Makkabi"də heyətlə bağlı qeyri-müəyyənlik davam edir

İsrailin "Makkabi"(Hayfa) klubu "Sabah"la Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları öncəsi heyətlə bağlı problemləri həll etməyə çalışır. 

Newsport.az "ONE" portalına istinadən xəbər verir ki, "Sabah"la matçlarda komandanın baş məşqçisi Barak Baxarın müdafiənin mərkəzində yeni gələn Aleksandr Sirotanın xidmətindən istifadə edəcəyi gözlənilir.

Buna səbəb seneqallı mərkəz müdafiəçisi Abdoulaye Sekin hələ də "Makkabi"nin sıralarına qoşulmamasıdır. Onun tam hazır vəziyyətə düşməsi üçün vaxt lazımdır.

Eyni zamanda, "Sabah"la matçlarda İsrail klubunu maraqlandıran əsas suallardan biri də müdafiənin sağ cinahıdır. "Makkabi"nin çalışdırıcısı zədəsini yeni sağaldan Dolev Hazizlə, yoldaşlıq görüşlərində start heyətində meydana çıxmış Maor Qandil arasında seçim edəcək. 

Qeyd edək ki, "Sabah" - "Makkabi" matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right