Latviyada "penta trik" edən azərbaycanlı: “Buna inanmaq lazımdı” MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq forvardı, hazıra karyerasını Latviyanın "1625 Liepaya” klubunda davam etdirən Vüqar Əsgərovun Newsport.az saytına müsahibəsi:

 
-Vüqar hazırda komandada vəziyyət necədi?
-Hazırkı vəziyyəti normal dəyərləndirərəm. İstəyirdik ki, yüksək liqaya vəsiqə qazanaq. Amma alınmadı. Çalışacağıq ki, növbəti il bunun öhdəsindən gələ bilək. 
 
-Komandada çıxış etdiyin az müddətdə 21 qol vurmağı bacarmısan. Amma bu məhsuldarlığını Azərbaycan klublarında oynadığı zaman görə bilmədik. Fərqlilik nədədir?
-13 oyun oynayıb 21 qol vurdum. İndi yaxşı formadayam Azərbaycanda niyə məhsuldar olmamağımın səbəbini bilmirəm. Niyə belə oldu, nə baş verdi başa düşmürəm.  Futbolda hər şey ola bilər. Mən 25 yaşımda oynaya bilmədiyim futbolu 30 yaşında oynayıram.  Bu necə olduğunu heç özüm də bilmirəm (gülür).
 
-Çox qol vurmağını nəzərə alsaq, Latviya elita klublarından təklif almısan?
-Danışıqlar gedir. Latviya və Estoniya klubları xidmətimdə maraqlıdırlar.  Agentim mənimlə əlaqə saxlayıb Estoniyadan bir klubun mənimlə maraqlandığını dedi. Amma onlar ilk öncə məni baxışdan keçirmək istəyirlər. Amma mən baxışa getməyə razılıq vermədim. Bundan əlavə kluba öz istəklərimi də bildirdim. 
 
-Azərbaycan Premyer Liqası və Latviya ikinci liqası arasında hansı fərqlər var?
-Fərq Azərbaycanda pulun çox, çempionatın isə güclü olmasındadı.  
 
-Azərbaycan Çempionatında mübarizə aparan klubdan təklif alsan necə reaksiya verərsən?
-Bu barədə o zaman düşünsəm daha yaxşı olar. 
 
-Azərbaycan millisin haqqında nə deyə bilərsən? Yenidən millimizdə oynamaq istəyirsən?
-Millimizin oyunlarını həmişə izləyirəm.  Onlarla sevinib, onlarla pis oluram. Həmişə onların qələbəsinə inanıram.  Əlbəttə, milli komandamıza qayıtmaq istəyirəm. İnşallah milli komandaya qayıdacağam.  Sadəcə buna inanmaq lazımdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right