Lionel Messinin bu oyunda meydana çıxmamaq ehtimalı yüksəkdir

"İnter Mayami" və Argentina millisinin futbolçusu Lionel Messi iyulun 24-nə keçiriləcək "MLS All-Star" oyununu buraxmaq riski ilə üzləşib.

Newsport.az “USA Today” portalına istinadən xəbər verir ki, Messinin Amerika kubokunun finalında Kolumbiya ilə görüşdə (1:0) aldığı zədə ona mane olacaq. Məsələ burasındadır ki, 66-cı dəqiqədə zədələnən futbolçu meydanı tərk etmək məcburiyyətində qalmışdı. İndi isə onun zədəsini sağaltmaq üçün vaxtı yoxdur. 

Belədə, Messinin "MLS All-Star" görüşündə meydanda olmaması ehtimalı yüksəkdir.

Əlavə edək ki, Argentina finalda Kolumbiyaya qalib gələrək kuboku qazanmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right