UEFA Avro-2024-ün rəmzi komandasını açıqladı FOTO

UEFA Avro-2024-ün rəmzi komandasını açıqlayıb.

Newsport.az xəbər verir ki, heyətdə İspaniya millisinin 6, Fransa yığmasının 2, İsveçrə, Almaniya və İngiltərə komandalarının isə hərəyə 1 futbolçusu yer alıb.

Qapıçı: Mayk Menyan (Fransa);

Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurella (İspaniya);

Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruiz (hamısı İspaniya);

Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).

Qeyd edək ki, Avro-2024-ün çempionu İspaniya millisi olub. Komanda finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right