İngiltərə III divizionu olan Liqa 1-in 15-ci turu çərçivəsində baş tutan "Barnsli” – "Flitvud” oyunu ilə bağlı qeyri-adi olay yaşanıb.
Newsport.az-ın məlumatına görə, qonaqların 1:0 hesabıyla qələbə qazandığı görüşü 8764 tamaşaçı izləyib.
Amma meydan sahiblərinin azarkeşlərdən biri ikinci hissədə komandasını dəstəkləyə bilməyib. "Barnsley Star” qazetində yer alan xəbərə görə, təxminən 20 yaşlarında olan bir fanat "Oakvell Stedium”un tualetində yuxuya gedib... Oyun bitəndən düz 7 saat sonra stadion olan bölgədə çalınan yanğın siqnalı ilə ayılan azarkeş yanğınsöndürənlər tərəfindən qurtarılıb.
Adının gizli saxlanılmasını şərtiylə danışan azarkeş oyundan öncə bir neçə pivə içdiyini və axşam saatlarında yuxudan ayıldığını söyləyib. Ayaqqabısının ayağında olmadığını deyən məchul azarkeş telefonu və papağının da yoxa çıxdığını bildirib.