"Fənərbaxça" Səudiyyə Ərəbistanından futbolçu transfer etdi

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini həyata keçirib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Əhli"dən Allan Sen-Maksimenin keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı vinger bu gecə Türkiyəyə gedib tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.

27 yaşlı futbolçu 2024/2025 mövsümünü icarə əsasında "Fənərbaxça"nın heyətində keçirəcək.

Qeyd edək ki, "Əl-Əhli" Allan Sen-Maksimeni 2023-cü ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli ön xətt oyunçusu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right