Avro-2024-ün ən yaxşı qolu bilindi

Almaniyada təşkil olunmuş Avropa çempionatının ən yaxşı qolu müəyyənləşib.

Newsport.az xəbər verir ki, İspaniya millisinin hücumçusu Lamin Yamalın yarımfinal mərhələsində Fransaya vurduğu qol ən yaxşı seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İspaniya yığması Avro-2024-ün qalibi olub. Yamal turnirdə meydana çıxdığı 7 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 17 yaşlı futbolçu həmçinin, Avropa çempionatının ən yaxşı gənc oyunçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right