"Fənərbaxça" türkiyəlini transfer edəcək

"Fənərbaxça" növbəti transferə hazırlaşır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"un futbolçusu Oğuz Aydını heyətinə qatmağa yaxındır. 

Artıq tərəflər arasında razılıq əldə edilib.

Oğuz Aydın həkim müayinəsindən keçmək üçün İstanbula gələcək. Ötən mövsüm "Alanyaspor"un heyətində 38 matça çıxmış 23 yaşlı vinger 13 qol vurub, 8 asist etmişdi.

Niderlandda dünyaya gəlmiş Aydın "Bucaspor", "Karacabey Belediyyespor"da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right