"Barselona"ya qayıtdı, yenidən icarəyə veriləcək

"Barselona"nın hücumçusu Ansu Fati yeni sezona böyük ehtimalla İspaniyada başlayacaq.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasında "Brayton"da keçirmiş gənc futbolçu özü Kataloniya klubunda qalaraq əsas heyət uğrunda mübarizə aparmağı planlaşdırırdı.

Lakin "Barsa"nın yeni baş məşqçisi Hans-Diter Flik onu komandasında görmək niyyətində deyil.

Fatinin "Sevilya"ya icarəyə veriləcəyi gözlənilir.

21 yaşlı yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər "Barselona"ya məxsusdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right