Argentina millisinin sabiq üzvü Yunanıstan klubuna keçir

Argentina millisinin və “Sevilya”nın sabiq futbolçusu Erik Lamela özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçiyə AEK-dən təklif gəlib.

Artıq futbolçu Afina klubuna müsbət cavab verib.

Lamela yeni komandasına azad agent kimi keçəcək.

Argentinalı futbolçu “River Pleyt”, “Roma”, “Tottenhem”də oynadıqdan sonra 2021-ci ildə “Sevilya”ya keçmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right