İspaniya millisinin forvardı "Milan"la razılaşdı

İspaniya millisinin kapitanı, “Atletiko”nun forvardı Alvaro Morata böyük ehtimalla İtaliyaya qayıdacaq.

Newsport.az “Sky Sport”a istinadən xəbər verir ki, təcrübəli hücumçu “Milan”a keçəcək.

Transferin AVRO-2024-ün final matçından sonra baş tutacaq. 31 yaşlı futbolçunun özü artıq Milan klubu ilə 4 illik müqaviləyə razılaşıb və hazırda futbolçu azad agent olmasa da, Madrid təmsilçisinin bu transferə heç bir maneə törətməyəcəyi ehtimal edilir.

Moratanın “Atletiko” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, əvvəllər İtaliyada "Yuventus"un formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right