Sadio Mane sabiq komandasına qayıda bilər

"Əl-Nəsr"ın hücumçusu Sadio Mane Səudiyyə Ərəbistanını tərk edə bilər.

Newsport.az xəbər verir ki, seneqallı futbolçunun sabiq komandası olan "Zalsburq"a qayıdacağı gözlənilir.

Amma futbolçunun agenti Byorn Bezemer müştərisinin hazırkı klubunu tərk edə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirərkən, yayılan xəbələri yalanlayıb:

"Sadio ilə bağlı klublarla heç bir görüşüm olmayıb. O, “Əl-Nəsr”lə mövsümə hazırlaşır və qətiyyən ayrılmaq niyyətində deyil".

32 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustun 1-də Səudiyyə Ərəbistanı klubuna keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right