"Azərbaycan millisi Emin Mahmudov kimi futbolçudan imtina edər?"

Azərbaycanlı futbolçu, "Mordoviya"da icarə əsasında çıxış edən "Krılya Sovetov"un üzvü Emin Mahmudovun meneceri Oleq Şiqiyev Rusiya mətbuatına müsahibə verib:

- Emin Mahmudovun “Mordoviya” variantı necə yarandı?

- Avqust ayında “Mordoviya”nın çalışdırıcısı Andrey Qordeyev Emin Mahmudovu komandasında görmək istədiyini bildirdi. Qordeyev Emini hələ “Saturn”dan tanıyır. Mahmudovun bütün mənif və müsbət cəhətlərini də yaxşı bilir. Təbii ki, Qordoyevin sayəsində bildik ki, Emin Mahmudov futbolçu kimi nəyə qadirdi. “Krılya Sovetov”un idman direktoru Zurab Çiklauri ilə danışdıq. Ona təşəkkür edirəm ki, bu keçidə razılıq verdilər.

- Nəyə görə Emin “Krılya Sovetov”da az oynayırdı?

- Baş məşqçi Frank Verkauterenin qərarına qarışmaq istəmirəm. Frank Eminə qarşı hörmətlə yanaşırdı. Sadəcə zədələr imkan vermədi Eminə.

- O, Eminin gedişinə razı oldu?

- Heç nə demədi. Hər şeyi yaxşı başa düşür.

- "Mordoviya”dan savayı başqa klublar da Mahmudovla maraqlanır?

- Hər gün Azərbaycandan zənglər gəlir. Premyer Liqa klubları Emini öz heyətində görmək istəyir. Emin özü də bilir ki, Azərbaycanda oynamaq üçün hər zaman şansı olacaq.

- Azərbaycan millisinə dəvət etmirlər Emini?

- Sizcə Azərbaycan millisi Emin Mahmudov kimi futbolçudan imtina edər? Çoxdandı ki, Emini dəvət edirlər. Sadəcə Emin millinin dəvətini qəbul etsə, o, Rusiyada legioner hesab ediləcək. Rusiyada legioner limiti isə çox ağırdı. BƏlkə Emin Rusiya millisinə dəvət aldı. Məncə bu olduqca realdı. Hər şey özündən asılıdı. Pul Emin üçün önəmli deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right