“Nyukasl” “Everton”un futbolçusundan əl çəkmir

“Nyukasl” “Everton”un hücumçusu Dominik Kalvert-Lyuinin transferini tamamlamaq üçün çalışır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl” ingiltərəli futbolçu üçün danışıqlarda uğursuzluğa düçar olsa da, dayanmaq fikrində deyil.

“Nyukasl” “Everton”la müqaviləsinin bitməsinə bir il qalan 27 yaşlı hücumçunu transfer etmək üçün bir yol tapmağa çalışır. Kalvert Lyuin “Mançester Yunayted”in də maraq dairəsindədir.

İngiltərəli forvard Premyer Liqanın son mövsümündə 7 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right