“Real” xorvatiyalı yarımmüdafiəçi Luka Modriçi əvəz edə biləcək futbolçunu müəyyənləşdirib. Newsport.az xəbər verir ki, “kral klubu” PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinyanı “qaralayıb”.
“Real” onu 2025-ci ilin yayında, Modriç komandadan ayrılanda heyəti qatmağı planlaşdırır. Paris klubu bu keçidin baş tutmasına qarşı deyil. Sadəcə, bunun üçün “Real” rəhbərliyi 70 milyon avrosundan keçməlidi.