Rodri: "İspaniyanın bir silahı var"

İspaniya millisinin yarımmüdafiəçisi Rodri Avro-2024 öncəsi fikirlərini bildirib.

Newsport.az AS-a istinadən xəbər verir ki, o deyib: “Onlara necə çətinlik yaratmaq üzərində işləməliyik. İspaniyanın bir silahı var - rəqibi məğlub edə biləcəyimizə inam.

Hansı ingilis futbolçunu ayırd edərdim? Onların çoxu var. Fil Fodeni bəyənirəm. Çünki onu tanıyıram, mənimlə oynayır. Fil çox nəzarət edilməli oyunçudur. Fitri qabiliyyətə malikdir. Amma bizə çətinlik yarada biləcək bir çox başqa oyunçular var”.

Qeyd edək ki, İspaniya və İngiltərə arasında final görüşü iyulun 14-ü keçiriləcək. Sözügedən oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right