İspaniya La Liqasında mövsümün ikinci baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, "Las Palmas”ın baş məşqçisi Pako Hereranın ardından , "Levante”nin baş məşqçisi Lukas Alkaras da istefa verib. Klubun rəsmi saytında yer alan məlumata görə, Alkarasın gedişinə uğöursuz çıxışlar səbəb olub.
Qeyd edək ki, "Levante” La Liqanın IX turundan sonra 6 xal toplayıb və sonuncu – 20-ci pillədə qərarlaşıb.