Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir

“Madrid Xtra”nın yaydığı xəbərə görə, hücumçu Kilian Mbappenin “Real”dakı təqdimat mərasimində 100 mindən çox insan iştirak etmək istəyir.

“Real” Mbappenin təqdimat mərasimini iyulun 16-da keçirməyi planlaşdırır. Yeni futbolçunun təqdimatı 85 min nəfərlik “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

Mənbənin bildirdiyinə görə, biletlər həm “socios”a, həm də boş yerlər olduğu halda ictimaiyyətə pulsuz verilir. İlk növbədə klub üzvləri daha vacib sayılır.

Mbappe 2024-cü ilin iyulunda azad agent kimi PSJ-dən Madrid “Real”ına keçib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” 25 yaşlı hücumçunu 180 milyon avro dəyərindirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right