Beste “Benfika”da

“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib. Portuqaliya klubu Yan-Niklas Beste üçün “Haydenhaym”a 8 milyon avro ödəyib.

Newsport.az xəbər verir ki, 25 yaşlı cinah hücumçusu 2029-cu ilə kimi Lissabon təmsilçisində çıxış edəcək. O, karyerası ərzində ikinci dəfə legioner həyatı yaşayacaq.

Bu müqavilə Beste üçün böyük çağırışdır. İndiyədək əsasən iddiasız komandalarda oynayan hücumçu ötən mövsümkü əla oyununa görə diqqət çəkib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right