Premyer Liqanı La Liqaya dəyişdi

“Arsenal”ın yarımmüdafiəçisi Albert-Sambi Lokonqa İspaniyaya köçüb. Newsport.az xəbər verir ki, 24 yaşlı orta saəh oyunçusu “Sevilya”ya keçib.

Belçika millisinin üzvü qarşıdakı bir ili icarə əsasında La Liqa təmsilçisində keçirəcək. Sövdələşmədə Lokonqanın 12 milyon avroya birdəfəlik transfer edilməsi variantı da yer alacaq.

Qeyd edək ki, Lokonqa ötən mövsümü icarə əsasında “Lyuton”da keçirib. Onun “Arsenal”la müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right