Qrinvudun yeni klubu bilindi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Qrinvudun yeni klubu böyük ölçüdə müəyyənləşib. Newsport.az xəbər verir ki, 22 yaşlı hücumameyilli oyunçu karyerasını Fransada davam etdirəcək.

Çünki İngiltərə millisinin üzvü “Marsel”lə anlaşıb. “Qırmızı şeytanlar” da oyunçusunu Liqa 1 klubuna satmağa razılaşıb. Tərəflər 27,6 milyon avroluq transfer büdcəsində ortaq məxrəcə gəliblər. “Mançester Yunayted” əlavə 4 milyon avro bonus da əldə edə bilər. İndi qalır keçidin rəsmiləşməsi.

Qeyd edək ki, Meyson Qrinvud ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right