Niderland və İngiltərənin böyük turnirlərdə dördüncü dueli

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsində bu gün üz-üzə gələcək Niderland və İngiltərə milliləri daha əvvəl böyük turnirlərdə üç dəfə qarşılaşıblar.

Newsport.az-ın məlumatına görə, AVRO-1988-də "narıncılar" rəqibini 3:1 hesabı ilə üstələyiblər.

Bundan iki il sonra mundiala təsadüf edən qarşılaşma qolsuz başa çatıb. 1996-cı ildəki qitə çempionatında britaniyalılar sevinən tərəf olublar - 4:1.

İngiltərə yığması Niderlanda qarşı son 9 matçın (4 heç-heçə, 4 məğlubiyyət), sadəcə, birində qələbə qazanıb. Dünya çempionları 2018-ci ildə Amsterdamda reallaşan yoldaşlıq görüşündə qalib gəlib - 1:0.

İngilislər turnir tarixində dördüncü dəfə yarımfinal mərhələsində iştirak edir. 1968-ci ildə Yuqoslaviya, 1996-cı ildə Almaniyaya uduzan komanda AVRO-2020-də Danimarkanı məğlub edib.

"Narıncılar" isə bu raundda beş dəfə mübarizə aparıb və yalnız birində - çempion olduğu AVRO-1988-də finala yüksəlib.

Qeyd edək ki, Niderland - İngiltərə matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib gələn komanda iyulun 14-də finalda İspaniya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right