Argentina millisi Amerika kubokunda finala yüksəldi

Amerika kubokunda ilk finalçı müəyyənləşib.

Newsport.az xəbər verir ki, yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Argentinanın qollarını Xulian Alvares (22) və Lionel Messi (51) vurub.

Qeyd edək ki, yarımfinalın digər matçında Uruqvay və Kolumbiya komandaları üz-üzə gələcək. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right